“Neftçi” “Şalke”yə uduzdu
26 iyul 2017 22:03 (UTC +04:00)

“Neftçi” “Şalke”yə uduzdu

0

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ölkə xaricində ilk yoxlama matçına çıxıb.

 

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Avropanın tanınmış klublarından olan “Şalke” ilə üz-üzə gəlib.

 

Avstriyanın Noykirxen şəhərindəki "Sportzentrum” stadionunda keçirilən qarşılaşma almanların minimal hesablı qələbəsi ilə başa çatıb.

 

İlk hissdə Tekbete fərqlənib. Güclü yağış səbəbindən olduqca yararsız meydançada keçirilən oyunda başqa qol olmayıb.

 

 

Yoxlama görüşü

26 iyul

“Neftçi” (Azərbaycan) - “Şalke” (Almaniya) - 0:1

Qol: Tekbeti, 27

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar