Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən "Mursia" klubunun üzvü Eddi İsrafilovdur.
İsrafilov yığmamızın mayın 29-da Qətərlə yoldaşlıq görüşü, iyunun 7-də isə Lüksemburqla 2014-cü il dünya çempionatının seçmə qrup matçı üçün açıqlanan heyətə əlavə olunub.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Eddi İsrafilovanın anası İradə İsrafilova Bakıda doğulub və azərbaycanlıdır. Atası Silvestre Paskual isə Toqodandır. İsrafilov sağ cinah yarımmüdafiəçisi mövqeyində oynayır.