“Mourinyo üzr istəməlidi!”
07 mart 2016 20:23 (UTC +04:00)

“Mourinyo üzr istəməlidi!”

“Çelsi”nin keçmiş həkimi Eva Karneyro Joze Mourinyodan üzr istəməyi tələb edir.

 

Apasport.az saytının məlumatına görə, bu barədə onun vəkili açıqlama verib.

 

Portuqaliyalı mütəxəssisin xanım həkimi təhqir etməsi ilə bağlı qaldırılmış məhkəmə iddiasının növbəti dinləməsindən sonra jurnalistlərlə söhbətində vəkil Meri Oruk bunları deyib: “Müvəkkilimə dəyən maddi ziyan haqqında məsələ hələ çox uzanacaq. Ancaq bundan əlavə biz Mourinyodan ictimai şəkildə üzr istəməyini də tələb edirik”.

 

Qeyd edək ki, Joze həm Eva Karneyronun işdən qovulmasına səbəb olmuş, həm də ona “fahişə qızı” deyərək təhqir etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar