İtaliyanın “Milan” futbol klubu baş məşqçi Massimiliano Alleqrini istefaya göndərməyi qərara alıb. Lent.az-ın məlumatına görə, bu barədə klub prezidenti Silvio Berluskoni açıqlama verib.
O bildirib ki, Alleqri növbəti mövsümdən ölkənin daha bir iddialı komandası “Roma”nın sükanı arxasına keçəcək. Bu barədə rəsmi qərar isə ölkə çempionatında “Siena” ilə mayın 19-da baş tutacaq son tur matçından sonra açıqlanacaq.
Qeyd edək ki, Massimiliano Alleqri “Milan”a 2010-cu ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “rossonyerlər” 2011-ci ildə ölkə çempionluğu və Superkuboku qazanıb.