“Milan” qış transfer pəncərəsi dövründə ilk keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, italiyalılar qanalı yarımmüdafiəçi Kevin Prins Boatenqlə anlaşıblar.
Ötən ilin dekabrında “Şalke” ilə yollarını ayıran futbolçu o vaxtdan “rassionerlər”in heyətində məşq edirdi. Artıq tərəflər rəsmi müqaviləyə imza atıblar.
Qeyd edək ki, 2010-2013-cü illər arasında “Milan”da çıxış etmiş Boatenq klubun çempion olduğu 2010/11 mövsümündə komandaya kömək etmişdi.