“Mançester Yunayted” yenə qalib gələ bilmədi
0
0
“Mançester Yunayted” İngiltərə çempionatının 4-cü turunda səfərdə “Sauthempton”la oynayıb.
Lent.az xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb. “Qırmızı şeytanlar”ın 10-cu dəqiqədə heyətində Daniel Ceyms fərqlənib. “Sauthempton” Yannik Vesterqorun qolu sayəsində məğlubiyyətdən qurtara bilib.
Meydan sahibləri 73-cü dəqiqədə azlıqda qalıb – Kevin Danso ikinci sarı vərəqə alaraq meydanı tərk edib.
“Mançester Yunayted” 5 xal toplayıb və hələ ki turnir cədvəlində 4-cü yerdədir. “Sauthempton” 4 xalla 13-cü sıradadır.
0
0