UEFA Çempionlar Liqasının III turunda öz meydanında “Kopnehagen”ə qalib gələn “Lester” maraqlı göstəriciyə imza atıb. Lent.az-ın məlumatına görə, İngiltərə çempionu qitənin ən nüfuzlu klub turnirinə məğlubiyyətsiz davam edir. Beləliklə, Ranyerinin komandası liqanın qrup mərhələsində ilk 3 oyunda qələbə qazanan ilk ingilis komandası kimi də tarixə düşüb.
Maraqlıdı ki, ÇL-də 3 oyuna 9 xal toplayan “tülkülər” İngiltərə Premyer Liqasında keçirdiyi 8 oyunda aktivinə cəmi 8 xal yazmağa nail olub.
Qeyd edək ki, Klaudio Ranyerinin yetirmələri İPL-də turnir cədvəlində 13-cü, ÇL-də isə qrupda 1-ci yerdə qərarlaşıb.