“Legionerlərə azərbaycanlı futbolçudan az cəza verirlər”
18 fevral 2014 17:25 (UTC +04:00)

“Legionerlərə azərbaycanlı futbolçudan az cəza verirlər”

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Bakı “İnter”ində çıxış edən oğlu Coşqun Diniyevə AFFA  İntizam Komitəsinin kəsdiyi 9 oyunluq cəzanı şərh edib. 48 yaşlı mütəxəssis Lent.az-a  qərarın ədalətli olmadığını deyib : “Bu qərar müzakirəsiz və oyunun diskinə baxmadan çıxarılıb. Gənc futbolçunu 9 oyun futbola həsrət qoymaq olmaz. Bəzi legionerlər bundan da betər hərəkətlərə yol verdikləri halda, xırda cəzalarla qurtulurlar. Amma gənc azərbaycanlı futbolçunu uzun müddətə kənarlaşdırırlar. Mənim qərardan şikayət etməyə hüququm yoxdur, amma güman edirəm ki, “İnter” apellyasiya verəcək”.  

 

Qeyd edək ki, Coşqun Diniyev əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XXI turunda “Simurq”la oyun zamanı baş vermiş davanın səbəbkarı sayılıb. Qərarda bildirilir ki, gənc futbolçu matçın 84-cü dəqiqəsində qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olub və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. İnsident aradan qaldırıldıqdan sonra oyun bərpa edilib. Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə sərt cəzalandırıb və “İnter” 2500 manat cərimələnib. Bununla yanaşı, “Simurq” və “İnter”ə hərəyə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 500 manat, oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq”a 2500 manat, klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşa görə hər iki klub 1500 manat, “Simurq”un futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəza, klubu 1500 manat, “İnter”in futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəza, klubu 1500 manat, “Simurq”un inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəza, klubu 3000 manat cəriməyə məruz qalıb. AFFA Hakimlər Komitəsi isə Rəşad Əhmədovun başçılıq etdiyi matçın hakimləri haqqında lazımi ölçü götürərək, İntizam Komitəsinə məlumat verməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar