Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans"ın prezidenti Jerve Martel Fransanın dövlət başçısı Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində ölkəmizə təşrif buyurub. Lent.az-ın sportinfo.az-a istinadən verdiyi məlumata görə, Martel Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumuna qatılıb. Klub prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə də görüşüb.
H. Məmmədovun "Lans"a sponsorluq etməsindən sonra ölkəmizə tez-tez gəlib gedən Martelə vətənində artıq Fransanın Azərbaycandakı ən fəal səfiri deyirlər.