“İnter” və kapitanı cəzalandırıldı
23 fevral 2017 05:40 (UTC +04:00)

“İnter” və kapitanı cəzalandırıldı

İtaliya Futbol Federasiyası “İnter”i və kapitan Mauro İkardini cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb argentinalı forvardın avtobioqrafik kitabında bəhs etdiyi bir hadisə olub.

 

Belə ki, 2015-ci ilin fevral ayında “Sassuolo” ilə oyundan sonra formasını azyaşlı azarkeşə atan İkardi, onu uşaqdan alıb geri qaytaran fanklub rəhbərlərindən birini təhqir edib.

 

Məhz iki il öncə baş vermiş hadisəyə görə argentinalı oyunçu 13 500 avro, klub isə 6500 avro məbləğində cərimə ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar