“İnter”in hücumçusu Mauro İkardi “Liverpul”un hədəfinə düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı informasiya yayıb.
Transfer pəncərəsinin son günündə mersisaydlılar “neradzurra”ya 30 milyonluq təklif etsə də, milanlılar bundan imtina ediblər.
Mətbuat iddia edir ki, buna səbəb “İnter”in qısa zamanda hücumçuya alternativ tapa bilməyəcəyindən ehtiyatlanmasıdı.
Qeyd edək ki, bir neçə gün əvvəl Milan derbisindəki məğlubiyyətdən sonra baş məşqçi Roberto Mançini ilə hücumçu arasında ciddi konflikt yaranması xəbərləri dolaşırdı və onun satılmasına real gözü ilə baxılırdı.