Bakının “İnter” klubu 6 gürcüstanlı futbolçusundan 4-ü ilə vidalaşıb. Lent.az-ın məlumatına görə, klubun rəsmi saytı bunu əsas komandanın heyətində dəyişikliklər etməyə başlaması ilə əlaqələndirib.
Göndərilənlər isə qapıçı Revaz Tevdoradze, müdafiəçi Valeri Abramidze və İlia Kandelaki, hücumçu Georgi Adamiyadır. Gürcüstanlı oyunçulardan yalnız qapıçı Georgi Lomaya və baş məşqçi Kaxaber Tsxadadzenin oğlu Baçana Tsxadadze qalıb.
Qeyd edək ki, daha öncə Volodimir Levin, Petar Zlatinov və Tales Şüts “İnter”i tərk edib. Yaxın günlərdə komandanın heyətinə yeni futbolçuların cəld ediləcəyi gözlənilir.