“İnter” 2 əcnəbi futbolçusu ilə yollarını ayırdı
11 iyul 2015 15:03 (UTC +04:00)

“İnter” 2 əcnəbi futbolçusu ilə yollarını ayırdı

Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” “transfer bazarı”ndakı fəallığı ilə kifayətlənmir. Apasport.az saytının məlumatına görə, “bankirlər” heyətdə təmizləmə işlərini də davam etdirirlər.

 

Klubun meneceri Aleksey Barvinski bildirib ki, iki əcnəbi futbolçu ilə yollarını ayırıblar. Söhbət hücumçular Sezar Meza Kolli və Dieqo Madriqaldan gedir: “Hər iki futbolçu vətəninə gedib. Onlar geri qayıtmayacaqlar. Çünki artıq “İnter”in futbolçuları deyillər”.

 

Menecer onu da əlavə edib ki, makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevski Avropa Liqasının II təsnifat mərhələsində “Hafnarfyordur”la oyunlarda iştirak edə bilməyəcək. Buna səbəb Georgiyevskinin zədədən əziyyət çəkməsidi: “Slavço “Hafnarfyordur”la oyunlar üçün sifariş ərizəsinə salınmayacaq. Amma bu o demək deyil ki, o, komandadan ayrılıb. Sadəcə, zədəli olduğu üçün bir müddət komandadan ayrı qalacaq”.

 

Qeyd edək ki, Meza Kolli və Madriqaldan öncə “İnter” yay fasiləsində Azər Salahlı, Elvin Məmmədov, Coşqun Diniyev, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Vojislav Stankoviç, Yohan Bokonyano, Eyyub Əliyev, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Matiya Şpiçiç, İvan Benites, Ruben Şaken, Yusef Feniç, Derlis Meza Kolli, Mikel Alvaro, Junior Nildo, Baçana Sxadadze, Abdulla Abatsiyev və Əfran İsmayılovla yollarını ayırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305

Oxşar yazılar

"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55
Modriçin "Real"dan ayrılma səbəbi  məlum oldu

Modriçin "Real"dan ayrılma səbəbi məlum oldu

23 may 2025 , 12:15