2016-cı ildə “Formula-1” yarışlarının bir mərhələsinin Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalanıb. Lent.az-ın məlumatına görə, bu barədə “İnside the Games”ə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
Rəhimov deyib: “Biz “Formula-1”in prezidenti və icraçı direktoru Berni Ekklstounla müqavilə imzaladıq və ən qısa müddətdə bunu rəsmən açıqlayacağıq”.
“Avropa Qran-prisi” adlanacağı gözlənilən yürüş Bakı küçələrində keçiriləcək. Azərbaycan paytaxtı keçmiş SSRİ-də “Formula-1” yarışı keçirən ikinci şəhər olacaq. Postsovet məkanında ilk belə yarış bu il oktyabrın 12-də Soçidə (Rusiya) baş tutacaq.
Hazırda Monte-Karlo, Melburn və Sinqapurda da “Formula-1” şəhər küçələrində keçirilir. 2015-ci ildə Nyu-Cersi və Banqkokun da küçələri bu yarışa səhnə olacaq.

“Formula-1” rəsmən Bakıda!
Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31