Türkiyə millisinin və “Fənərbaxça” futbol klubunun qapıçısı Volkan Dəmirəl məhkəməyə verilib.
Apasport.az saytının məlumatına görə, Dəmirəl futbolçu Yalçın Ayhanı söydüyü və təhdid etdiyinə üçün “Kasımpaşa” klubu məhkəməyə müraciət edib.
“Kasımpaşa” klubunun rəsmi açıqlamasında bildirilib ki, Dəmirəl 2013-cü ildə “Kadıköy Şükrü Saracoğlu Stadionu”ndakı oyun zamanı rəqib oyunçuları davamlı olaraq söyüb və təhdid edib: “Matç bitdikdən sonra oyunçular avtobusa minəndə Volkan Dəmirəl futbolçumuz Yalçın Ayhanın yolunu kəsərək “Səni evindən oğurlatdıracağam” deyə təhdid edib, eləcə də söylənməsi mümkün olmayan söyüşlər söyüb. Bundan sonra o, dəfələrlə telefonla zəng edərək, Ayhanı bənzər şəkildə söyüb və təhdid edib”.
Bununla bağlı, “Kasımpaşa” klubu Türkiyə qanunlarını əldə rəhbər tutaraq, Volkan Dəmirəlin cəzalandırılması tələbi ilə məhkəməyə müraciət edib.