“Fənərbaxça” klubu heyətinə daha bir futbolçu qatmaq niyyətindədi. Apasport.az saytı xəbər verir ki, “sarı-lacivərtlilər” hücum xəttini gücləndirmək istəyirlər.
İstanbul klubu “Rubin”in üzvü Jonatasla yaxından maraqlanır. “Fənərbaxça” rəhbərliyi yaxın günlərdə braziliyalı forvarda rəsmi təklif göndərəcək.
28 yaşlı hücumçunun Türkiyəyə köçməyə razı olub-olmayacağı maraqla gözlənilir.
Karyerası ərzində “Breşiya”, “Peskara” və “Real Sosyedad” kimi klublarda da oynamış “sambaçı” ötən ildən “Rubin”in formasını geyinir.