“Fənərbağça”nın prezidenti 61 yaşında ata olacaq
22 may 2013 10:37 (UTC +04:00)

“Fənərbağça”nın prezidenti 61 yaşında ata olacaq

Türkiyənin “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım 61 yaşında ata olacaq. Lent.az-ın məlumatına görə, “Hafta Sonu” jurnalı Yıldırımın 40 yaşlı xanımı Qonca Çelikkıranın 4 aylıq hamilə olduğunu yazıb.

 

Ölkənin ən çox satılan dərgisi iddia edir ki, bir müddət klubda əlaqələr departamentində çalışmış Çelikkıranla 2011-ci ildə nikah masasına oturan prezidenti atalıq həyəcanı bürüyüb. Yıldırımın ilk evliliyindən 2 övladı olsa da, yenidən ata olmaq üçün günlərini sayır. Cütlüyə yaxın qaynaqlar Çelikkıranın dünyaya gətirəcəyi övladı üçün indidən alış-veriş etməyə başladığını bildirir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932
avatar

Oxşar yazılar