“Fənərbağça” erməni futbolçunu transfer etmək istəyir
03 may 2014 12:29 (UTC +04:00)

“Fənərbağça” erməni futbolçunu transfer etmək istəyir

İstanbulun “Fənərbağça” klubu Moskva “Spartak”ının iki futbolçusunu transfer etmək niyyətindədir. Lent.az sportnews.az-a istinadən verdiyi məlumata görə, bunlar Sərdar Taşçı və erməni əsilli Aras Özbilizdir. 27 yaşlı Taşçıya görə 8,5 milyon , 24 yaşlı Aras Özbilizə görə isə 7 milyon avro təklif edilib.

 

 

Maraqlıdır ki, Sərdarın valideynləri Türkiyə vətəndaşı olublar. Aras isə İstanbulda anadan olub və daha sonra Ermənistan yığmasına cəlb edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar