Futzal üzrə Azərbaycan çempionatının püşkü atılıb. Lent.az-ın məlumatına görə, yeni mövsümdə 8 komanda mübarizə aparacaq.
Onların arasında “Fənərbağça” da var. Çempionata sentyabrın 5-də start veriləcək. İlk oyun günündə “Qarabağ veteranları” – “Baku Fire” və “Araz” – “Baku Flames” görüşləri keçiriləcək. Ertəsi gün PSL “Neftçi” İSM-i, “Ekol” isə “Fənərbağça”nı sınağa çəkəcək.
Qeyd edək ki, oyunlar “ABU Arena”da keçiriləcək.