Futbol üzrə Türkiyə Superliqasında “Fənərbağça” və “Qalatasaray” arasında keçirilmiş oyundan sonra faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, “sarı-lacivərdli” azarkeş metrobus dayanacağında bıçaqlanaraq öldürülüb.
Burak Yıldırım adlı fanatı “Cim-Bom” fanatları qətlə yetirib. “Gənc Fənərbağçalılar” adlı azarkeş qrupundan bildirilib ki, 2 “sarı-qırmızılı” fanat Yıldırıma arxadan yaxınlaşaraq, onu bıçaqlayıb. Öldürülən tərəfdar 19-20 yaşlarında olub.
Qeyd edək ki, oyun “Fənərbağça”nın qələbəsi ilə yekunlaşıb – 2:1.