“Fənərbağça” – “Qalatasaray” derbisi ilə bağlı cəzalar açıqlandı
17 may 2013 10:45 (UTC +04:00)

“Fənərbağça” – “Qalatasaray” derbisi ilə bağlı cəzalar açıqlandı

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi (PFDK) Superliqanın 33-cü turunda “Fənərbağça” və “Qalatasaray” arasındakı oyun zamanı yaşanan olaylarla əlaqədar cəzalar yağdırıb. Lent.az-ın məlumatına görə, “Fənər”li futbolçulardan qapıçı Volkan Dəmirəl 5, yarımmüdafiəçi Raul Meyreleş və “Qalatasaray”ın müdafiəçisi Sabri Sarıoğlu hərəyə 4 oyun cəzalandırılıb.

 

Bundan başqa, “sarı-lacivərdlilər” üst-üstə 170 min lirə cərimələnib. Cərimənin 50 mini  fanatların səbəbkar olduğu hadisələrə, 45 mini çirkin və ağır ifadələrə görə kəsilib. Həmçinin, TFF-in müəyyənləşdirdiyi pankartla meydana çıxmadığı üçün bu kluba 5 min, oyunçular üçün müəyyənləşdirilən meyarlara uymaması səbəbindən 70 min cərimə müəyyənləşdirilib.  

 

Cəzalanan oyunçulardan Volkan Sabriyə qarşı etdiyi yolverilməz hərəkəti üzündən 16 min 500 lirə, Meyreleş isə rəqib komandanın futbolçusuna cinsi orqanını göstərdiyi üçün 20 min lirə cərimələnib. Sabriyə isə 13 min 500 lirə cərimə kəsilib.

 

Qeyd edək ki, bütün cəzalar yekdilliklə qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022
avatar

Oxşar yazılar