“Əvvəl həyəcana qalib gəldim, sonra rəqibə” - <span style="color:red;">Elvin Məmişzadə
27 iyun 2015 15:33 (UTC +04:00)

“Əvvəl həyəcana qalib gəldim, sonra rəqibə” - Elvin Məmişzadə

I Avropa Oyunlarının qızıl mükafatçısı, Azərbaycan boksçusu (52 kq) Elvin Məmişzadənin apasport.az saytına müsahibəsi

 

- Boks yığmamızın heyətində Avropa Oyunlarını qızıl medalla bitirən idmançılarımızdan biri də siz olduz. Bunu gözləyirdizmi?

- Yarışa ciddi hazırlaşmışdım. Bütün görüşlərim yaxşı keçdi. Düşünürəm ki, layiqli çempion oldum.  

 

- Finalda italiyalı boksçu Vinçenzo Pikkardi ilə qarşılaşdız. Həmin görüşə necə hazırlaşmışdız?

- Qızıl medalın bir addımlığında idim. İstəməzdim ki, bu cür şansı rəqibə verim. Buna görə də, var gücümlə döyüşüb, italyan rəqibimə qalib gəldim. İstəyimə çatdım.

 

- Pakkardi ilə görüşdə o qədər də çətinliklə üzləşmədiz. Hər halda, kənardan belə göründü...

- Həqiqətən, elədi. Əslində, rəqibim güclü idi. Olimpiya Oyunlarının, dünya birinciliyinin mükafatçısıdı, təcrübəli boksçudu. Amma ona qarşı döyüşmək  asan oldu. Final döyüşünə başqa cür hazırlaşmışdım. Psixoloji cəhətdən də tam hazır idim. Həlledici an idi, döyüşü vermək olmazdı. Bilirdim ki, ölkə başçısı döyüşümü zaldan izləyəcək. Bundan əlavə, bütün xalqımızın gözü məndə idi. Bu mənada, həyəcan da çox idi. Amma əvvəl həyəcanıma qalib gəldim, sonra rəqibimə.

 

- Qızıl medalı sizə ölkə prezidenti İlham Əliyev təqdim etdi. O məqamda aranızda hansı dialoq oldu?

- Sağ olsun, medalı ölkə prezidenti təqdim etdi. Mənə söylədi ki, layiqli qələbə qazandın.

 

- Avropa Oyunlarında ümumilikdə boks yığmamızın çıxışını necə dəyərləndirirsiz?

- Məncə, komandamız yaxşı çıxış göstərdi. 3 qızıl medal götürmüşük. Bu gün də boksçularımız final görüşlərinə çıxacaqlar. Məncə, komandamız bu yarışda yaxşı çıxış etdi.

 

- Gələn il keçiriləcək Rio Olimpiadasında azarkeşlər sizdən qızıl medal gözləyəcəklər. Yəqin ki, bu məsuliyyəti dərk edirsiz...

- Bəli, məsuliyyəti dərk edirəm. Bilirəm ki, bu uğurumdan sonra məndən Olimpiadada da qızıl medal gözləniləcək. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Çalışacam ki, təlim-məşq toplanışlarında var gücümlə hazırlaşım. Hədəflərim çoxdu. Qarşıda bizi dünya çempionatı gözləyir. İnşallah, ora hazırlaşıb, həm çempionatda özümü yaxşı tərəfdən göstərmək, həm də Olimpiadaya lisenziya almaq istəyirəm.

 

- Sabah I Avropa Oyunlarının bağlanış mərasimi keçiriləcək. Ümumi, təşkilatçılıq barədə hansı fikirdəsiz?

- Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmışdı. Heç bir problem, texniki səhv ola bilməzdi. Hər şey yüksək səviyyədə, yerli-yerində idi. Bütün idmançılar kimi, mən də təşkilatçılıqdan razı qaldım. Düşünürəm ki, avropalılar narazılıq edə bilməzlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar