“Çelsi”nin 2 futbolçusu sıradan çıxdı
23 aprel 2014 10:46 (UTC +04:00)

“Çelsi”nin 2 futbolçusu sıradan çıxdı

İngiltərənin “Çelsi” klubu futbol üzrə İspaniya “Atletiko”su ilə keçirdiyi Çempionlar Liqasının ilk yarımfinal matçında ciddi itkilərlə üzləşib. Lent.az-ın məlumatına görə, 18-ci dəqiqədə qapıçı Petr Çexin çiyni çıxıb.

 

Künc zərbəsindən sonra çexiyalı qolkiper rəqib futbolçu Raul Qarsiya ilə toqquşaraq, yerə sağ qolu üstündə düşüb. Nəticədə o, yerini 41 yaşlı Mark Şvartserə verib.

 

Fasilədən sonra “Çelsi”nin baş məşqçisi Joze Mourinyo mərkəz müdafiəçisi və kapitan Con Terrini də məcburən əvəzləyib. Səbəb Terrinin topuğunu zədələməsi olub. Matçdan sonra Mourinyo deyib: “Çex üçün mövsüm bitdi, o, gələn mövsümədək oynamayacaq. Ümidvaram ki, bizimlə hansısa uğurumuzu qeyd edə biləcək. Terriyə gəldikdə, biz finala çıxmalıyıq ki, yenidən meydana çıxa bilsin”.

 

Qeyd edək ki, Madriddə keçirilmiş “Atletiko” – “Çelsi” matçında hesab açılmayıb – 0:0. Cavab görüşü aprelin 30-da olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar