“Çelsi” klubu yayda heyətinə yeni hücumçu qatmaq niyyətindədi. Apasport.az saytı xəbər verir ki, “zadəganlar” “Napoli”nin forvardı Qonsalo İquainlə yaxından maraqlanırlar.
Ancaq istəyinə çatmaq üçün London təmsilçisi rəqabətdən qalib ayrılmalıdı. Belə ki, argentinalı futbolçu “Bavariya”nın da diqqət mərkəzinə düşüb.
İngilislər bu keçidin baş tutması üçün 65 milyon avro xərcləməyə hazırdılar. Lakin qarşı tərəf İquaini 94 milyon avroya satmaq niyyətindədi.
Qeyd edək ki, əvvəllər “River Pleyt” və Madrid “Real”ının da formasını geyinmiş İquain 2013-cü ildən “Napoli”də çıxış edir.