“Borussiya”nın baş məşqçisinə sərt cəza
03 oktyabr 2013 15:34 (UTC +04:00)

“Borussiya”nın baş məşqçisinə sərt cəza

Almaniyanın “Borussiya” (Dortmund) futbol komandasının baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının daha bir oyununu texniki zonadan kənarda izləyəcək. Lent.az-ın məlumatına görə, UEFA İntizam Komitəsi 46 yaşlı mütəxəssisin cəzasını uzatmağı qərara alıb.

 

Beləliklə, Klopp “Borussiya”nın Fransa “Marsel”i üzərindəki 3:0 hesablı qələbə qazandığı son oyundan əlavə, oktyabrın 22-də İngiltərə “Arsenal”ına qarşı matçda da cəzalı olacaq.

 

Qeyd edək ki, Yurgen Klopp ilk turda İtaliya “Napoli”si ilə oyun zamanı ehtiyat hakimin üstünə qışqırdığı üçün texniki zonadan qovulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109
avatar

Oxşar yazılar