“Birinci Avropa Oyunları tarixi hadisədir”.
APA-nın “fightermag.se” saytına istinadən verdiyi məlumata görə, İsveçin boks üzrə milli yığmasının baş məşqçisi Santyaqo Nieva yerli mətbuata müsahibəsində belə deyib. O, bildirib ki, həm təşkilatçılıq, həm də oyunlara göstərilən marağa görə “Bakı 2015”i Olimpiya Oyunları hesab etmək olar: “Avropa Oyunları gələn il Rio Olimpiadası üçün çox yaxşı təcrübədir. Bütün idman növlərində olduğu kimi, boksçular üçün də yaxşı şərait yaradılıb. İsveç bu yarışlarda peşəkar boksçularla təmsil olunur”.