Türkiyənin daha bir klubu Avropa kuboklarından kənarlaşdırılıb. Lent.az-ın məlumatına görə, İdman Arbitraj Məhkəməsi “Fənərbağça”nın ardından “Beşiktaş”ın da Avropa Liqasının qrup mərhələsində iştirakına qadağa qoyub.
“Fənər”i püşk yolu ilə Kipr APOEL-i, “qara qartallar”ı isə Norveç “Tromse”si əvəzləyib. “Tromse” Avroliqanın II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “İnter”i mübarizədən kənarlaşdırıb – 2:0, 1:2. “Beşiktaş”la qarşılaşmada isə eyni hesabla uduzan norveçlilər UEFA-nın qərarı sayəsində qrupa yüksəliblər.
Qeyd edək ki, “Fənərbağça” Avropa kuboklarından 2014-2015-ci il mövsümündə də kənarda qalacaq. “Beşiktaş”ın cəzası isə yalnız bu mövsümə şamil edilib. Avropa Liqasının püşkatma mərasimi avqustun 30-da Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.