Türkiyənin “Beşiktaş” futbol klubu 30 milyon dollar gəlirdən məhrum olacaq. Lent.az-ın xəbərinə görə, bu iddia ilə “Star” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, “Vodafone Arena”-nın açılışı 6 ay sonraya təxirə salınmasıyla bilet satışından illik 60 milyon dollar gəlir götürməyi planlaşdıran “Beşiktaş” yarım mövsüm stadiondan istifadə etməyəcəyi üçün bunun yarısından məhrum olacaq.
“Qara qartallar” ilk mövsümün oyunlarını yenə də İstanbul Olimpiya stadionunda keçirəcək.