Avropa Liqasında 1/8 final həyəcanına start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində 8 görüş baş tutub.
Türkiyə çempionu “Beşiktaş” Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Qara qartal” səfərdən sərfəli nəticə ilə dönüb - 1:1.
Avropa Liqasının qalibi olmağa əsas namizədlərdən sayılan “Mançester Yunayted” səfərdə “Rostov”la qarşılaşıb. "Qırmızı şeytanlar" da heç-heçə ilə razılaşıblar - 1:1.
Bu mərhələnin maraqlı oyunları sırasında “Lion” – “Roma” matçı da baş tutub. Meydan sahbiləri 4:2 hesablı qələbəyə seviniblər.
Futbolsevərlər Almaniya və Belçika duellərinin də şahidi olublar. “Şalke” Mönhenqladbax “Borussiya”sı ilə heç-heçə oynayıb (1:1), “Gent” isə Belçikanın digər təmsilçisi “Genk”lə görüşdə darmadağına üzülüb - 2:5.
Avropa Liqası
1/8 final mərhələsinin ilk oyunları
9 mart
APOEL (Kipr) – “Anderlext” (Belçika) - 0:1
Qol: Stansiu, 29
Baş hakim: Manuel de Souza (Portuqaliya)
“Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya) - 2:1
Qollar: Falk, 1, Kornelius, 60 - Dolberq, 32
Baş hakim: Artur Dias (Portuqaliya)
“Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1
Qollar: Buxarov, 53 - Mxitaryan, 35
Baş hakim: Feliks Zvayer (Almaniya)
“Selta” (İspaniya) – “Krasnodar” (Rusiya) - 2:1
Qol: Vass, 50, Biyuvi, 90 - Kleason, 56
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
“Gent” (Belçika) – “Genk” (Belçika) - 2:5
Qollar: Kalu, 27, Kulibali, 61 - Malinovski, 31, Kolle, 33, Samata, 41, 72, Uronen, 45+2
Baş hakim: Paolo Taqliavento (İtaliya)
“Lion” (Fransa) – “Roma” (İtaliya) - 4:2
Qollar: Diaxabi, 8, Tolisso, 47, Fekir, 74, Lakazette, 90+2 - Salah, 20, Fazio, 33
Baş hakim: Antoni Teylor (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə) - 1:1
Qollar: Kambyasso, 37 - Abubakar, 54
Baş hakim: Danni Makkelie (Hollandiya)
“Şalke” (Almaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 1:1
Qollar: Burqstaller, 25 - Hoffman, 15
Baş hakim: Byörn Kuypers (Hollandiya)