Türkiyədə futbol üzrə super liqanın 32-ci həftəsində “Beşiktaş” öz meydanında “Kasımpaşa”nı qəbul edib.
Lent.az-ın Habertür-ə istinadən məlumatına görə, “qartalllar” qonaqları 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
“Beşiktaş”-dan qolları 7-ci dəqiqədə Oğuzhan və 17-ci dəqiqədə Vəli vurub.
“Paşa”-nın tək qolunun müəllifi isə 90+5-də Scarione olub.
İkincilik uğrunda mübarizə aparan “Beşiktaş” xallarının sayını 58-ə çatdıraraq, üçüncü yerdə qalıb.