“Bavariya” futbol klubunun keçmiş prezidenti Uli Hennes Landsberq-na-Lexe həbsxanasına göndərilib. Apasport.az saytının məlumatına görə, o, burada vergilərdən yayınmaya görə barəsində kəsilən həbs cəzasını çəkəcək.
Hennes martda keçirilən məhkəmə prosesi zamanı günahını etiraf edib və peşman olduğunu bildirib. Amma o, özünü “cəmiyyətin gənəsi” hesab etməyib və xeyriyyə fondlarına keçirdiyi milyonları xatırladıb.
Hennesin vəkillərindən biri məhkəmə prosesi zamanı bildirib ki, müştərisi cinayət işində göstərildiyi kimi vergidən 3,5 milyon avro deyil, 18,5 milyon avro gizlədib. Keçmiş prezident barəsində 3,5 illik həbs cəzası kəsilib.