“Barselona”da daha bir müqavilə
16 mart 2016 20:47 (UTC +04:00)

“Barselona”da daha bir müqavilə

0

“Barselona” rəhbərliyi braziliyalı müdafiəçisi Adriano Korrea ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında bu barədə razılıq əldə olunub.

 

Adrianonun yeni müqaviləsi 1 illik olacaq. Bu isə o deməkdi ki, “Roma”nın heyətinə qatmaq istədiyi “sambaçı” 2017-ci ilin yayına qədər Kataloniya klubunun formasını geyinəcək.

 

“Barselona” bundan öncə Lionel Messi və Neymarla da yeni saziş barədə razılığa gəlmişdi.

 

Qeyd edək ki, Adriano “Barselona”ya 2010-cu ildə “Sevilya”dan transfer olunub. O, hazırkı komandasında bu vaxta qədər 189 oyunda 17 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar