“Barselona” Markus Reşford üçün 115 milyon avro ödəməyə hazırdır
26 aprel 2019 09:40 (UTC +04:00)

“Barselona” Markus Reşford üçün 115 milyon avro ödəməyə hazırdır

 
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.
 
ONA-nın məlumatına görə, hücumçu İspaniyanın “Barselona” klubunun transfer siyahısına düşüb.
 
Kataloniya təmsilçisi yay “transfer pəncərəsi”ndə M.Reşfordla güclənmək niyyətindədir. “Barselona” 21 yaşlı futbolçu üçün 115 milyon avro ödəməyə hazırdır.
 
 
Lakin “Mançester Yunayted” rəhbərliyi də müqaviləsi 2020-ci ilin yayında başa çatacaq M.Reşfordla anlaşmanı uzatmağa çalışır. Futbolçuya uzunmüddətli müqavilə təklif olunub. Yeni şərtlərə əsasən hücumçu həftədə 347 min avro (ildə 18 milyon) qazana bilər.
 
Qeyd edək ki, M.Reşford cari mövsüm klub səviyyəli turnirlərdə keçirdiyi 44 oyunda 13 qol vurub.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836
avatar

Oxşar yazılar