“Baku Fires” boks komandası  “Astana Arlans”-ı məğlub edib
03 may 2014 22:33 (UTC +04:00)

“Baku Fires” boks komandası “Astana Arlans”-ı məğlub edib

Bu gün Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında növbəti qarşılaşması keçirilib.

Quba Olimpiya Kompleksində keçirilən üçüncü ev qarşılaşmasında komandamızın rəqibi liqanın son qalibi Qazaxıstanın “Astana Arlans” kollektivi olub.

 

İlk qarşılaşmada komandamızın üzvü, Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadənin (52 kq) rəqibi Asiya oyunlarının finalçısı, London Olimpiya Oyunlarının iştirakçısı İlyas Süleymanovu, 60 kq çəkidə təmsilçimiz dünya və Avropa çempionu Albert Səlimov isə WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenovu, komandamızın digər üzvü Yevgeni Romaşkeviç (69 kq) Manat Amirzakovu, super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Hacı Murtuzəliyev isə rəqibi  təcrübəli boksçu Filip Hrqoviçi məğlub edib. 

 

Azərbaycan komandasının 81 kq-da çıxış edən Mixail Dolqolevts qazaxıstanlı Hrvoje Sepə məğlub olub.

 

Ümumi hesabda komandamız 4:1 hesabı ilə qalib gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar