“Bakı”nın yeni baş məşqçisi: “Çox şey dəyişilməlidir” - AÇIQLAMA
01 iyul 2013 12:49 (UTC +04:00)

“Bakı”nın yeni baş məşqçisi: “Çox şey dəyişilməlidir” - AÇIQLAMA

Milinko Pantiç “Bakı” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Lent.az-ın məlumatına görə, serbiyalı mütəxəssis Azərbaycanın ən iddialı klublarlından sayılan, İspaniya “Atletiko”su ilə əməkdaşlığa başlayan “Bakı”nın təklifini müsbət cavablandırıb.

İlk səfərində mütəxəssis paytaxt Bakıda bir neçə gün qalaraq, klubla və qarşıdakı planlarla yaxından tanış olub. İyunun 14-də isə yenindən Azərbaycana qayıdaraq, “Bakı”nın əsas komandasının sükanı arxasında keçib və bu işdə bütün səlahiyyətlər ona verilib.

“Razılıq verməkdə bir qədər yubandım. Amma “Atletiko”ya gəldikdən və Migel Anxellə görüşdükdən sonra “yox” deyə bilməzdim. Bu qardaş klubla nəzərdə tutulan olduqca böyük və maraqlı layihədir. Həmin layihə gələcəkdə daha da inkişaf etdirilməlidir. Mən də ümumi işə kömək etmək üçün burdayam. Şübhəsiz ki, bu layihə mənim üçün də təcrübə artırmaq baxımından bilavasitə önəmli olacaq” deyə Pantiç bildirib.

“Atletiko”nun keçmiş qəhrəmanı bir zamanlar bu komandanın heyətində “qızıl dubl”a imza atıb. İndi isə mütəxəssis “Bakı” ilə 1 illik müqavilə bağlayıb. Bu işdə ona Jayme Felipe Monro və Mario Fernandes kömək edəcək. Pantiç adları çəkilən şəxslərlə “Atletiko Madrid” Fondunda da birgə çalışıb.

“Görülməli olan çox işlər var. Bura cümə günü gəldim və vaxt itirmədən layihəni icra etməyə başladım. Gündə 24 saat çalışırıq. Etiraf edim ki, bir çox şey dəyişilməlidir. Daha yüksək inkişafa nail olmaq üçün çalışmalıyıq”. Bu sözləri Pantiç “Bakı” futbol klubunun rəsmi internet saytına açıqlamasında bildirib: “Biz kluba yaxın olan insanlarla (həkimlər, geyim meneceri, fizioterapevtlər və s.) söhbət etdik və onlarla müəyyən müzakirələr apardıq. Hər kəs inkişaf etmək istəyir və məqsədə nail olmaq üçün mübarizə aparmağa hazırdır. Mən çox pozitiv bir insanam və inanıram ki, biz buna nail olacağıq. “Atletiko” isə mənə etimad göstərdiyini bir daha nümayiş etdirdi. Zənnimcə, hər iki komanda bu əməkdaşlığı və nəzərdə tutulan layihəni özünəməxsus iş prinsipi və fəaliyyəti ilə fərqlənən insana həvalə etmək istəyir”.

“Atletiko”da gənclərlə çalışan Pantiç həmçinin “Bakı”nın yeniyetmə və gənc oyunçularına futbolun sirlərini öyrədən məşqçilərə nəzarəti də öz üzərinə götürüb: “Hələ ki, əsas komanda ilə məşğuluq. Lakin biz akademiyada çalışan insanlara da ciddi yanaşmalıyıq. Çünki gələcək uğurlara aparan yol məhz oradan başlayır. Buna görə də imkan dairəsində çalışacağam ki, gənclərdən ibarət komandaların bütün məşqlərini və oyunlarını izləyim. Hazırda 7 gənc futbolçu əsas komanda ilə birgə çalışır. Odur ki, hər kəsin işini qiymətləndirmək üçün kifayət qədər vaxtımız var”.

Pantiçin qarşısında duran əsas məqsəd həmçinin bu layihə çərçivəsində ortaya çıxan bütün məsələlərə aydınlıq gətirməkdir: “Öncə səmərəli iş planı qurmalı və hər şeyi sıfırdan başlamalıyıq. Mən burada olan ən yaxşı oyunçuları seçmək üçün onları meydanda görməliyəm. Bəzi futbolçular milli komandanın düşərgəsindədir və iyulun 18-də bizə qoşulacaqlar. Buna görə də, tələsik qərar vermək istəmirəm. Əminəm ki, hazırda İspaniyada olan əksər futbolçular bu möhtəşəm layihənin tərkib hissəsi olmaq istəyirlər”.

Sonda serbiyalı baş məşqçi Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Şəhər məni sözün əsl mənasında təəccübləndirdi. Bu, inkişaf edən, öz gözəlliyi, rahatlığı ilə seçilən və insanı onunla daha yaxından tanış olmağa vadar edən bir şəhərdir”.

Qeyd edək ki, Milinko Pantiç Smilyaniç 5 sentyabr 1966-cı ildə keçmiş Yuqoslaviyanın Loznitsa şəhərində dünyaya göz açıb. O, 1995-1996-cı illər mövsümündə İspaniyanın “Atletiko” komandasında çıxış edib. Futbolçu kimi peşəkar karyerasına Yuqoslaviyanın “Yedinstvo” kollektivində başlayıb, daha sonra paytaxtın “Partizan” klubuna transfer olunub. “Atletiko”da nümayiş etdirdiyi möhtəşəm performansdan öncə, Pantiç Yunanıstanın “Panionis” klubunda mükəmməl çıxışı ilə tarixi iz qoyub. O, klubda keçirdiyi 4 mövsüm ərzində hər il ən sərrast futbolçu adına layiq görülüb. O, tezliklə “Atletiko”ya transfer olunub. Həmin tarixi hadisədən 17 il ötməsinə baxmayaraq, Pantiçin indiyə qədər “zolaqlılar”la sıx dostluq əlaqəsi var.

“Atletiko”nun 1995-1996 illər mövsümündə “qızıl dubl”la yadda qalmasında Pantıçın böyük rolu olub. Onun dəqiq ötürmələri, cərimə zərbələri və uzaq məsafədən qapıya endirdiyi zərbələr hələ uzun müddət azarkeşlərin yaddaşından silinməyəcək. 1999-cu ildə “Atletko”nun sıralarını tərk edən Pantiç komandada olduğu müddət ərzində 139 oyunda meydana çıxıb və 38 qola imza atıb. 2000-ci ildə isə o, ümumiyyətlə, karyerasını bitirmək qərarına gəlib. Lakin doğma komandasından ayrıla bilməyən artıq veteran futbolçu 2003-cü ildə yenidən kluba qayıdaraq, “Atletiko”nun tərkibində gənclər və yeniyetmələr üçün yaradılan məktəblərin texniki idarəetmə qrupuna başçılıq edib. O, bu vəzifədə 7 il çalışıb. Müəyyən təcrübə yığdıqdan sonra isə həyatı boyu arzuladığı məşqçilik fəaliyyətinə başlayıb. Lakin bu işlə paralel fiziki formasını da saxlamağa çalışan Pantiç, tez-tez klubun veteranlardan ibarət komandasında çıxış edib, keçmiş illəri yada salıb.

Nəhayət, 2011-ci ilin mayında Pantic “Atletiko”nun “B” komandasının baş məşqçisi təyin edilib. Bu vəzifədə o, Antonio Rivası əvəzləyib. Pantiçin təqdimat mərasimi “Visente Kalderon” stadionun VİP zalında baş tutub. Son illər “Atletiko”nun “B” komandasında əldə etdiyi uğurlar, ardınca isə “Bakı”nın baş məşqçisi postunda son 8 il ərzində qazandığı nailiyyətlər onun bacarığından və imkanlarından xəbər verir.

# 575
avatar

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57