“Bakı”nın futbolçuları baş məşqçisiz qaldı
13 sentyabr 2013 10:48 (UTC +04:00)

“Bakı”nın futbolçuları baş məşqçisiz qaldı

Litva Futbol Federasiyası (FFL) milli komandanın baş məşqçisi Çobo Laslo ilə müqavilənin pozulduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.

 

Rumıniyada doğulmuş macarıstanlı mütəxəssis Litva yığmasının sükanı arxasına 2012-ci ilin yanvarında keçib. Laslo bu ölkə müstəqillik qazandıqdan sonra millinin ikinci baş məşqçisi olub. 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində litvalılar Lixtenşteynə 2 dəfə qalib gəlib, Slovakiya ilə eyni sayda heç-heçə ediblər. Komandasının sentyabrın 10-da məhz Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, o, istefaya göndərilib. Çünki əslində Laslo hələ sentyabrın 6-da Litvanın Latviyaya 1:2 hesablı səfər məğlubiyyətindən sonra gedişi üçün zəmin hazırlayıb. Həm Latviya, həm də Lixtenşteynlə qarşılaşmalarda “Bakı”nın futbolçuları Deyvidas Çesnauskis və Mindauqas Kalonas da çıxış edib. Latviya, eləcə də Bosniya və Herseqovina ilə son 2 qarşılaşmada yığmaya Laslonun sabiq köməkçisi, latviyalı İqor Pankratyev rəhbərlik edəcək.

        

Qeyd edək ki, Çobo Laslo məşqçi karyerasına Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun yeniyetmələrdən ibarət komandasında başlayıb. O, 2004-cü ildə Lotar Matteusun Macarıstan yığmasında köməkçisi olub və növbəti ilə “Ferentsvaroş”u UEFA Kubokunun qrup mərhələsinə çıxardıqdan sonra bu ölkənin ən yaxşı məşqçisi sayılıb. 2009-cu ildə isə Laslo Şotlandiyada “Harts”a bürünc medal qazandırdığı üçün Şotlandiyanın ən yaxşı məşqçisi adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar