“Bakı” klubu rəhbərliyində çoxdan gözlənilən islahatlara start verilib. Bu barədə Lent.az-a kluba yaxın mənbədən məlumat daxil olub.
Lakin konkret təyinatları açıqlamayan mənbə məsələnin hazırda xaricdə olan klub prezidenti Hafiz Məmmədovun Azərbaycana qayıdışından sonra rəsmiləşəcəyini deyib.
Qeyd edək ki, “Bakı” rəhbərliyi 2013-2014-cü il mövsümündəki uğursuzluqdan sonra tam tərkibdə istefaya göndərilib.