“Bakı” yeni baş məşqçisini təqdim etdi
02 iyul 2013 20:32 (UTC +04:00)

“Bakı” yeni baş məşqçisini təqdim etdi

“Bakı” yeni baş məşqçisini təqdim etdi

“Bakı” futbol klubu yeni baş məşqçisi Milinko Pantiçi iştimaiyyətə təqdim edib. Lent.az-ın məlumatına görə, bu məqsədlə tədbir olunan tədbirdə klub prezidenti Hafiz Məmmədov da qatılıb.

Məmmədov yeni baş məşqçinin bir neçə gündür Bakıda olduğunu və tezliklə komandanın Avstriyaya təlim-məşq toplantısına yollanacağını bildirib. O, klubda köklü dəyişikliklər etmək vaxtının çatdığını və bu məqsədlə tərəfdaş İspaniya “Atletiko”sunun təcrübəsindən yararlanmağa qərar verdiklərini söyləyib: “Bu komandadan Azərbaycan futboluna köməklərini əsirgəməmələri xahiş olundu. “Atletiko”dan Pantiçin bizim yanımızda olması bizi sevindirir. Digər komandalarımızdakı tanınmış baş məşqçilərin də olması futbolumuza böyük fayda verəcək. Pantiçin işi ilə bir neçə gün maraqlandım. Onun həm işi, həm də insanlıq xüsusiyyətləri çox yüksək səviyyədədir. Bütün futbolçularla rəhbər kimi yox, yaxın insan kimi davranır. Öz işinin peşəkarıdır. Pantiçin karyerası barədə məlumat var. “Barselona”nın qapısına 4 qol vuran futbolçudur. Belə bir şəxsin komandamızın sükanı arxasında olması bizi sevindirir. İndidən deyə bilərəm ki, belə bir mütəxəssisin rəhbərliyi altında “Bakı” böyük uğurlara imza atacaq. O, uşaq futbolçularla da məşğul olur. Toplanışa bir neçə gənc futbolçumuz da yollanacaq. Bir sözlə, yeni sistem görəcəyik”.

Məmmədov “Atletiko”nun 14 ildən sonra İspaniya Kubokuna sahib olduğunu da vurğulayıb. O, Madrid klubunun rəsmisi Migel Anhel Hil Marinə belə mütəxəssisin “Bakı”ya baş məşqçi təyinatında yardımçı olması səbəbindən minnətdarlıq edib.

Pantiç isə “Bakı”da olmağı özü üçün həm şərəf, həm də məsuliyyət sayıb: “Elə bir komandaya gəlmişəm ki, daha da böyük hədəflərə çatdırmalıyam. Bunun üçün əlimdən gələni edəcəyəm. Daha böyük təkliflər də var idi. Amma klub prezidentinin məhz mənə etimad göstərməsi üçün çox sevincliyəm. Mən məqsədə çatmaq üçün mübarizə aparacaq mütəxəssislərdənəm. Lazım gəlsə, bunun üçün 24 saat çalışaram. Həyatda rəqabət aparmağı çox sevirəm. İmprovizasiya ilə aram yoxdur. Prezidentə söz vermək istəyirəm ki, sonadək mübarizə aparacağam. Bura tək yox, məşqçi heyəti ilə gəlmişəm. Bu işdə mənə futbolçular da yardımçı olacaqlar. İnanıram ki, mənə bəslənən etimadın qarşılığını verəcəyəm. Çalışacağam ki, iki komanda arasındakı əlaqəni daha da yaxınlaşdırım və inkişaf etdirim”.

İspaniyalı mütəxəssis media nümayəndələrinin də dəstəyinə ehtiyac duyduğunu əlavə edib. O, jurnalistlərdən futbolçuları deyil, özünü tənqid etməyi xahiş edib.

Daha sonra Hafiz Məmmədovla Milinko Pantiç arasında rəsmi müqavilə bağlanılıb. Məmmədov indiyədək ilk dəfə baş məşqçi təqdimatına qatıldığını da xüsusi vurğulayaraq, bunu Pantiçə xüsusi dəstək əlaməti adlandırıb. Yeni baş məşqçiyə "Bakı"nın 10 nömrəli forması da təqdim olunub.
 
 

 

# 519
avatar

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28