“Bakı” klubu cəzalanacaq
12 may 2014 22:03 (UTC +04:00)

“Bakı” klubu cəzalanacaq

Topaz Premyer Liqasının XXXV turunun “Bakı” – AZAL oyunundan sonra keçirilən mətbuat konfransında yalnız qonaqların baş məşqçisi iştirak edib. Apasport.az saytının məlumatına görə, “Fair Play” qaydalarına zidd şəkildə vurulan qolla qalib gələn paytaxtın eyniadlı təmsilçisinin çalışdırıcısı Milinko Pantiç isə jurnalistlər önünə çıxmayıb.


Bunu çalışdırıcısının xəstələnməsi ilə izah ediblər. Serb mütəxəssisi oyun zamanı gün vurduğu iddia edilir.

Pantiçin mətbuat konfransına qatılmaması isə “Bakı”nın cəzalanması ilə nəticələnəcək. AFFA-nın İntizam Komitəsi növbəti yığıncağında bu məsələ ilə bağlı qərar çıxaracaq.

Qaydalara əsasən mətbuat konfransına gəlməyən baş məşqçinin klubu 1000 manat cərimə olunur. Pantiçin də komandasına ziyanı məhz bu qədər olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar