Futbol üzrə Topaz Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının qalibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, XXX turda “Bakı” “Qəbələ” ilə oyunda 1:1 hesablı heç-heçədən sonra çempionluğunu rəsmiləşdirib.
Paytaxtın eyniadlı təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi “Simurq”u 7 xal geridə qoyub.
Qeyd edək ki, “Bakı” ötən mövsüm də əvəzedicilərin çempionu olub.