“Bakı”  “Neftçi” ilə oyunda hakim səhvlərindən ehtiyatlanır
29 avqust 2013 12:51 (UTC +04:00)

“Bakı” “Neftçi” ilə oyunda hakim səhvlərindən ehtiyatlanır

“Bakı” futbol komandasının baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının V turunda “Neftçi” ilə keçirəcəkləri oyundan danışıb. Lent.az-ın məlumatına görə, serbiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasını çətin oyunun gözlədiyini bildirib.

 

Onun fikrincə, “Neftçi” böyük klubdur və “Bakı” ilə görüşün favoriti sayıla bilər: “Buna baxmayaraq, qələbə üçün əlimizdən gələni edəcəyik. Məncə, hakim səhvləri və digər amillərin təsiri olmasa, bizi gözəl bir matç gözləyir”. 
 

“Bakı”nın son məşqində müdafiəçi Elvin Əliyev iştirak etməyib. Şəhriyar Әlıyev və Junior isə komandadan ayrı çalışıb. 

Qeyd edək ki, avqustun 31-də “Bakı”nın təlim-məşq bazasında keçiriləcək paytaxt derbisi saat 18:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar