“Bakı-2015”in bağlanış mərasiminə 48 min bilet satılıb
16 iyun 2015 11:21 (UTC +04:00)

“Bakı-2015”in bağlanış mərasiminə 48 min bilet satılıb

 

İyunun 15-də Avropa Oyunları çərçivəsində keçirilən yarışları 30 min tamaşaçı izlәyib. APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

 

S. Kleq 15 iyunda 7 ayrı idman obyektində 19 müxtәlif oyunlar üzrә yarışların keçirildiyini söyləyib: “Orta tamaşaçı tutumu 84 faiz idi. 6 sessiyada 100 faiz tamaşaçı var idi. Dünәn bağlanış mәrasiminә  әlavә 13,500 bilet satılıb. Son 3 gündә 37 min 500 bilet satılıb. Ümumilikdә 48 min bilet satılıb. Bu gün 11 müxtәlif idman növü üzrә yarışlar keçirilәcәk".

 

S. Kleq amerikalı ifaçı Ledi Qaqanın oyunların açılış mərasimində çıxış üçün aldığı mәblәğ barədə mәtbuatda yazılanlara münasibət bildirmək istəməyib.

 

O deyib ki, L. Qaqanın aldığı rәqәm barədə məlumatları nә tәsdiq nә dә inkar edir: "Baş icraçı direktor  tәrәfindәn rәqәmlәr açıqlanıb. 100 milyon dollar bu oyunların açılışı  üçün tamamilә ağlabatan rәqәmdir".

 

Xatırladaq ki bәzi KİV Ledi Qaqanın Avropa Oyunlarının açılış mәrasimindә iştirak üçün 2 milyon dollar aldığını yazır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar