Mayın 7-də Milli Paralimpiya Komiıtəsinin birinci vitse prezidenti Natiq Qasımov və baş katib Afiq Süleymanov Bakıda səfərdə olan Görmə Qabliyyəti zəif idmançıların Beynəlxalq İdman Federasiyasının (İBSA) icraçı direktoru Neil Odonovan və Beynəlxalq Paralimpiya Cüdo Komitəsinin sədri Janos Tardosla görüşüblər. Milli Paralimpiya Komitəsindən Lent.az-a verilən məlumata görə, görüşdə “Bakı-2015” Avropa Olimpiya Oyunlarında görmə qabiliyyəti zəif olan cüdoçuların iştirakı üçün görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Qeyd edək ki, 2015 Avropa Olimpiya Oyunlarında görmə qabiliyyəti zəif olan cüdoçular - kişilər +100 kiloqram çəki üzrə və qadınlar - 48 kiloqram kateqoriyası üzrə yarışacaqlar. Hər kateqoriya üzrə 8 idmançı yarışda iştirak edəcək.