Bakının qadınlardan ibarət “Azəryol” komandası Türkiyə “Fənərbağça”sı ilə CEV (Avropa Voleybol Konfederasiyası) Kubokunun ilk yarımfinal matçına qara sarğı ilə çıxacaq. Lent.az-ın məlumatına görə, İstanbulda baş tutacaq qarşılaşmada komandamız Xocalı faciəsi qurbanlarının xatirəsini belə anacaqlar.
Məqsəd bu dəhşətli faciəni dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaqdır. Stadionda isə bütün tamaşaçılara “Xocalıya Ədalət” yazılmış köynəklər paylanacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Qarşılaşmanın hakimləri fransalı Yaniç Kaladay və bolqarıstanlı İvaylo İvanovdur. Cavab oyunu isə martın 1-də Bakıda baş tutacaq.