“Öncədən Avropa çempionatı təşkil etmək bizim marağımızda deyildi”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.
Mayın 1-dən 4-dək Bakıda keçiriləcək qitə çempionatı əslində Ukraynada təşkil olunmalı idi. Amma bu ölkədəki siyasi vəziyyətlə əlaqədar təşkilatçılıq hüququ ölkəmizə verilib. Bununla belə, Səfərov Azərbaycanın xilaskar kimi təqdim olunması fikri ilə razılaşmayıb: “Əslində biz olimpiya lisenziyalı yarışların təşkilində maraqlı idik. İlk vaxtlar Avropa çempionatı lisenziya vermədiyindən, bu yarışa namizədliyimizi verməmişdik. Amma sonradan qaydalar dəyişdi. İndi olimpiadaya lisenziyalar ayrı-ayrı nüfuzlu yarışlarda əldə edilən xallara əsasən veriləcək. Avropa çempionatında hər çəkidə birinci yeri tutan 40 lisenziya xalı qazanacaq. Ukrayna qitə çempionatını keçirməkdən imtina etdikdən sonra bir çox ölkə istəyini bəyan etdi. Amma Azərbaycanın təklifi daha erkən qəbul olundu”.
“Azərbaycanın təklifi daha erkən qəbul olundu”
594