Brüsseldə törədilən silsilə terror aktlarından sonra futbol üzrə 2016-cı il Avropa çempionatının bəzi matçlarının boş tribunalar qarşısında keçirilməsi mümkünlüyü yenidən gündəmə gəlib. APA-nın məlumatına görə, “Avro-2016”-nın matçlarının boş tribunalar qarşısında keçirilə biləcəyini UEFA-nın vitse-prezidenti Cankarlo Abete bildirib.
“Avropa çempionatı keçirilərkən təhlükəsizliyin təmin olunması məsələsi əvvəlki kimi UEFA-nın prioriteti olaraq qalmaqdadır. Sözsüz ki, matçlar keçiriləcək. Lakin, onların bəzilərinin təhlükəsizlik baxımından boş tribunalar qarşısında keçirilə biləcəyi istisna olunmur”, - deyə Abete “La Gazzetta dello Sport” nəşrinə müsahibəsində bildirib.