“Atletiko Madrid”in stadionunda erməni fitnəsi
12 may 2014 14:32 (UTC +04:00)

“Atletiko Madrid”in stadionunda erməni fitnəsi

Dünən İspaniya çempionatının 37-ci turunda çempionluğa iddialı Madrid “Atletiko”su “Malaqa”yla qarşılaşıb. Lent.az-ın məlumatına görə, 1-1 başa çatan qarşılaşmanın keçirildiyi, “Land of fire Azerbaijan” reklamının yer aldığı “Visente Kalderon” stadionunda üzərində qara hərflərlə “Armenia” yazılmış bayraq diqqətdən qaçmayıb. Maraqlı məqam isə ondan ibarətdir ki, “Armenia” sözü Kolumbiya bayrağı üzərində yazılıb. Kolumbiya ilə Ermənistanın bayraqları bir-birinə bənzədiyi üçün, ilk baxışda onları bir-birindən fərqləndirmək olmur.

 

Qeyd edək ki, “Atletiko Madrid” klubunun sponsorlarından biri azərbaycanlı iş adamı Hafiz Məmmədovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1934
avatar

Oxşar yazılar