“Atletiko”ya qarşı qara sarğı ilə
26 fevral 2014 12:11 (UTC +04:00)

“Atletiko”ya qarşı qara sarğı ilə

İspaniyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız Madrid "Atletiko"sundan olan həmyaşıdları ilə qarşılaşıb.

 

1:1 hesabı ilə başa çatan matçda komandamızın yeganə qolunu Bahadur Həziyev vurub.

 

Qeyd edək ki, Xocalı qurbanlarının xatirəsinin yad olunması üçün oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar