İspaniyanın “Atletiko” futbol klubunun ilk rəsmi azarkeşi Fransisko Espino Rodriges vəfat edib. Lent.az-ın məlumatına görə, Rodrigesə 1 avqust 1933-cü ildə “sosyo” (İspaniyada rəsmi azarkeşləri belə çağırırlar) üzvlük bileti verilib.
Klubun rəsmi saytı onun ölümü ilə bağlı başsağlığı mətni yayıb.
Qeyd edək ki, “Atletiko” sentyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. “Azerbaijan Land of Fire” formalı komanda Bakı vaxtı ilə saat 23:45-də Madriddəki “Visente Kalderon” stadionunda Rusiya “Zenit”ini sınağa çəkəcək.