“Atletiko” tarixində ən erkən qol
28 oktyabr 2013 16:51 (UTC +04:00)

“Atletiko” tarixində ən erkən qol

Futbol üzrə İspaniya çempionatının X turunda “Atletiko” və “Betis” komandaları arasındakı matçda tarixi qol qeydə alınıb. Lent. az-ın məlumatına görə, artıq 13-cü saniyədə meydan sahiblərinin futbolçusu Oliver Torres hesabı açıb.

 

Bununla da 18 yaşlı yarımmüdafiəçi “Atletiko” tarixində ən erkən qolun müəllifinə çevrilib. Həm də Torres Madrid komandasının start heyətindəki debüt matçında fərqlənib. Baş məşqçi Dieqo Simeone onu zədəli Arda Turanın yerinə buraxıb.

 

Qeyd edək ki, oyun “Atletiko”nun böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:0. Qalan 4 qol fasilədən sonra vurulub. David Vilya 53 və 57-ci, Dieqo Kosta 65-ci, Qabi isə 2-ci uzatma dəqiqəsində fərqlənib. Bu qələbədən sonra “Azerbaijan Land of Fire” formalı komanda xallarını 27-yə çatdıraraq, 2-ci pillədəki yerini möhkəmləndirib. Turnir cədvəlinə isə 28 xala malik “Barselona” başçılıq edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210
avatar

Oxşar yazılar